İren Bedard

İren Bedard

Aktrisa, prodüser

BİOQRAFİYA

İren Bedard – amerikalı kino, televiziya və səsləndirmə aktrisasıdır. Böyük şöhrət qazanmış azsaylı eskimos aktrisalardan sayılır. Filmlərdə hindu qadın obrazları canlandırır. Dünyada “Pokahontas” cizgi filmində və onun sikvelində şahzadə Pokahontası səsləndirməsi ilə məşhurlaşıb. Baş qəhrəman məhz onun proobrazı əsasında yaradılıb. Rəssam sanki personajı çəkərkən ondan maniken kimi istifadə edib. İren Bedard 22 iyul 1967-ci ildə Aylaska ştatının Ankoric şəhərində anadan olub. Onun əcdadları inupiat, yupik, inuit, kri hinduları olub. Filadelfiya incəsənət universitetinin “Musiqili teatr” bölməsini bitirib. 1994-cü ildən kino və seriallara çəkilir. 1995-ci ildən cizgi filmləri və kompüter oyunlarını səsləndirir. Elə həmin il “People” jurnalının versiyasına görə dünyanın ən gözəl insanlarının “əlliliyinə” daxil edilib. 1993-cü ildə müğənni Denni Uilsona ərə gedib. 2003-cü ildə cütlüyün Kuinn adlı oğlu dünyaya gəlib. 2010-cu ildə yerli mətbuatda Uilsonun həyatına qarşı fiziki və seksual zorakılıq tətbiq etdiyi ilə bağlı xəbərlər yayılıb. 2012-ci ildə cütlük yollarını ayırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%B4%D0%B0%D1%80%D0%B4,_%D0%98%D1%80%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç