Kubilay Aka

Kubilay Aka

Aktyor

BİOQRAFİYA

Kubilay Aka – türkiyəli aktyordur. 5 may 1995-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Uşaq yaşlarından daha dəqiq desək 9 yaşından, reklam çarxlarına maraq göstərib, onları diqqətlə təhlil edib. O belə kiçik yaşında həmin reklamların üstünlüklərini və nöqsanlarını siyahıya alaraq, düzəlişlə bağlı tövsiyələr verib. Məktəbi bitirdikdən sonra hava limanında işə düzəlib. Bir müddətdən sonra Eskişehir universitetində hava yolları dispeçeri ixtisası üzrə ali təhsil alıb.  Məzun olduqdan sonra əvvəlki iş yerinə, aeroporta qayıdıb. Məhz hava limanında onun həyatında və karyerasında dönüş nöqtəsi olub. Maraqlı bir hadisə baş verir. Pasport və bilet yoxlanışı zamanı Kubilay 2 maraqlı şəxsiyyətlə tanış olur. Əvvəl həmin şəxslərin media sahəsində çalışan şəxslər olduğuna inanmasa da, çox keçmədən Kubilayın instaqram hesabına “Vətənim sənsən” serialının kastinqinə qatılmaq üçün dəvətlər gəlir. Seçimlərdən uğurla keçən Kubilay elə ilk rolunu həmin serialda oynayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktery/1324-kubilay-aka.html 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç