Mett Cons

Mett Cons

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Mett Cons (tam adı Mettyü Li Cons) – amerikalı komediya aktyorudur. 1 noyabr 1981-ci ildə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində anadan olub. Daha çox “Çətinliyə baş vurmuş” (Breaking Bad) kriminal serialında və “Ana” filmində oynadığı rolla tanınır. Həmçinin səsləndirmə aktyoru və prodüserdir. “Qırmızı ştat” (2011), “Ən pis buraxılış gecəsi” (2011), “Şosse” (2011) və digər filmlərin, “Çətinliyə baş vurmuş” (2008-2013), “Ofis” (2005-2013), “Sənin ananla necə tanış oldum” (2005-2014) və digər serialların çəkilişi və səsləndirilməsində iştirak edib. “Klivlend” (2009-2013), “Tron: Qiyam” (2012-2013), və digər cizgi filmlərində müxtəlif personajları səsləndirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_12749/matt-jones

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç