Ali Vonq

Ali Vonq

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Aleksandra “Ali” Vonq – amerikalı aktrisa, komediyaçı və ssenaristdir. Eli Vonq 19 aprel 1982-ci ildə Kaliforniyanın San-Fransisko şəhəri yaxınlığında yerləşən Pasifik Hayts qəsəbəsində anadan olub. Atası çin əsilli anestezioloqdur, anası vyetnamlıdır, 60-cı illərdə ABŞ-a mühacirət edib. Çin adət ənənələri ilə böyüyüb, dörd uşaqlı ailənin sonbeşiyi olub. 2000-ci ildə Vonq San Fransisko Universitetinin orta məktəbini bitirib. Daha sonra Kaliforniya universitetində Asiya-Amerika tədqiqatları ixtisası üzrə ali təhsil alıb. Tələbə olduğu vaxt “LCC” universitet teatrının üzvü olub və beləcə onda aktyorluğa maraq yaranıb. Təhsilin üçüncü ilində anasının vətəni Vyetnama səfər edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%BD%D0%B3,_%D0%AD%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç