Meredit Luiz Tomas

Meredit Luiz Tomas

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA
Meredit Luiz Tomas - amerikalı aktrisa, prodüser və ssenaristdir. ABŞ-ın Nyu-Hempşir ştaının Kin şəhərində anadan olub. Uşaqlığı Alyaska ştatının Berrou şəhərində keçib. Valideynləri aborigen eskimosların tədrisi ilə məşğul olub. Sonradan Nyu-Hempşir yaxınlığında yerləşən Qreyt Aylənd adasına köçüb. Yeniyetmə yaşlarından dram sənətinə maraq göstərib. İlk rolunu "Enni" (Annie) adlı filmdə hələ məktəbdə oxuduğu illərdə oynayıb. Bir müddətdən sonra Nyu Hempşir və Nyu İnqlənd Dram Festivallarında iştirak edib. Bir müddət Nyu Hempşir universitetindən teatr üzrə ali təhsil alsa da, sonradan təhsilini yarımçıq qoyub və "Plezantvil" adlı filmdə rol alıb. Daha çox The Wrong Boy Next Door (2019), Quarter Life Poetry (2019), A Christmas in Royal Fashion (2018), The Wrong Crush (2017) filmlərində oynadığı rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0859238/?ref_=nmbio_bio_nm
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç