Cordan Ledd

Cordan Ledd

Aktrisa

BİOQRAFİYA

Cordan Ledd – amerikalı aktrisadır. Daha çox qorxu filmlərində oynadığı rollarla məşhurdur. Cordan Elizabet Ledd 14 yanvar 1975-ci ildə aktyorlar Devid və Şeril Leddin ailəsində anadan olub. Cordanın beş yaşı olanda valideynləri boşanıb. Anası çoxkeçmədən prodüser Brayan Rassellə ailə qurub. Atası isə aktrisa Dey Yanqla evlənib. Hələ iki yaşı olandan reklam çarxlarına çəkilib. Orta məktəbdə oxuyanda Cordan kino və televiziya layihələrində aktiv şəkildə iştirak etməyə başlayıb. Əsasən də anası Şerilin iştirak etdiyi layihələrə qatılıb («The Girl Who Came Between Them» və “Pozulmuş vəd”). 1995-ci ildə Cordan “Vampirin qucağı” filmində Alissa Milano rolunu oynayıb. Daha sonra “Heç yerdə”, “Öpülməmiş”, “Qızdırma”, “Qorxu klubu”, “Qorxu evi”, “Ölüm sübutu”, “Hostel 2” və digər filmlərin çəkilişində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8D%D0%B4%D0%B4,_%D0%94%D0%B6%D0%BE%D1%80%D0%B4%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç