Pol Uoker

Pol Uoker

Aktyor, prodüser

BİOQRAFİYA

Pol Uilyam Uoker (IV) 12 sentyabr 1973-cü ildə ABŞ-ın Qlendeyl şəhərində (Kaliforniya ştatı) anadan olub. Tanınmış biznesmen Pol Uilyam Uoker (III) və keçmiş model Şeril Krabtrinin nikahından dünyaya gəlib. Valideynləri 2004-cü ildə boşanıblar. Polun ailədə iki kiçik qardaşı və iki kiçik bacısı olub. Uoker mormonların nəslindəndir. Aktyor ingilis əsilli olsa da, damarlarında irland və alman qanları da axıb. Aktyor karyerasına uşaq yaşlarında qədəm qoyub. 1975-ci ildə “Pampers Diapers” uşaq bezlərinin reklam çarxına çəkilib. Bir neçə ildən sonra müxtəlif televiziya proqramlarında və reklam çarxlarında görüntülənib. Kinoda ilk rolunu Uoker 13 yaşında oynayıb. “Dolabdan çıxan bədheybət” adlı qorxulu komediyasında rol alıb. Daha sonra “Çarlz cavabdehdir”, “Evin böyüyü gəlsin”, “Gənc və ötkəmlər” kimi televiziya seriallarında müxtəlif rollar alıb. Aktyor işi ilə yanaşı idmanla da aktiv şəkildə məşğul olub, müxtəlif yarışlarda iştirak edib. 1991-ci ildə San-Velli şəhər xristian məktəbini bitirib. Peşəkar səviyyədə aktyorluğa qədəm qoymazdan əvvəl dəniz biologiyası ixtisası üzrə təhsil almağa qərar verib və Kaliforniya kollecinə daxil olub. Ancaq bir müddətdən sonra aktyorluğa olan sevgi biologiyaya olan bağlılığından üstün olub. Şəxsi həyatına gəlincə 1993-cü ildə komediya filmlərindən birinin çəkilişində tanış olduğu məşhur aktrisa ilə görüşüb. 1998-ci ildə “Tələbə komandası” filminin çəkilişlərində aktrisa Bliss Elislə dostlaşıb və bu dostluq sonradan romantik münasibətlərlə əvəzlənib. Onlar bir neçə il vətəndaş nikahında olublar. Daha sonra aktrisa Ceymi Kinqlə görüşməyə başlayıb. ABŞ sarı mətbuatına görə aktrisa Cessika Alba ilə də qısamüddətli eşq macərası olub. Yalnız bir övladı, keçmiş sevgilisi Rebekka Soterosun 1998-ci ildə dünyaya gətirdiyi Midou Reyn adlı qızı var. Filmlərə birgə çəkildiyi tanınmış aktyor Vin Dizellə yaxın dost olub. Sonuncu yeni doğulmuş qızını – onun şərəfinə Polin adlandırıb. Forsaj filminin 7-ci hissəsinin çəkilişləri davam etdiyi əsnada, 30 noyabr 2013-cü ildə Santa Klarita şəhərində idarə etdiyi Porşen GT Carrera markalı avtomobillə ağır yol qəzası törədərək həlak olub. “Forsaj” franjizasından olan filmlərdə oynadığı rolu ilə şöhrət qazanıb. Eyni zamanda “Cənnət Layihəsi” (2008) trillerində Ben Qarvi, “Aradan çıx” (2006) filmində Coe Qazel Plezantvil filmində (1998) Skip Martin rolu ilə yaddaşlarda qalıb. Karyerası ərzində 42 televiziya, bədii film və seriala çəkilib. “Forsaj 7” çəkildiyi son film sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BA%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç