Debora Kara Anqer
Aktrisa
Debora Kara Anqer (ing. Deborah Kara Unger) - kanadalı aktrisadır. “Avtoqəza” (1996), “Oyun” (1997), “Qisas” (1999), “Qasırğa” (1999), “Ağ səs” (2005), “Saylent Hil” (2006), “88 dəqiqə” (2008), “Yol” (2010) filmlərində oynadığı rolları ilə tanınır. 12 may 1966-cı ildə Kanadanın Vankuver şəhərində dünyaya göz açıb. Aktrisa olmazdan əvvəl Britaniya Kolumbiyası Universitetində iqtisadiyyat və fəlsəfə üzrə ali təhsil alıb. Daha sonra Avstraliya Milli Dram İncəsənət İnstitutuna daxil olmuş ilk kanadalı olur. Anası alim, atası ginekoloqdur. Anqer çəkilişlərdən uzaq qalanda, Vankuverdə və ya Los-Ancelesdə yaşayır. Anqer debütünü 1989-cu ildə “Banqkok Hilton” adlı mini-serialda gerçəkləşdirib. Növbəti illərdə aktiv şəkildə kino aləminə baş vurub. 1993-cü ildə HBO telekanalının “Otel nömrəsi” mini-serialına çəkilib. Karyerasının əvvəlində Devid Kronenberqin “Avtoqəza” filmində oynadığı rolla məşhurlaşıb. 2008-ci ildə Al Paçino ilə birlikdə “88 dəqiqə” filminə çəkilib. 2010-cu ildə “Yol” filmində baş rollardan birini oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: