Mario Van Piblz

Mario Van Piblz

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Mario Van Piblz – amerikalı rejissor və aktroyrdur. “Nyu-Cek-Siti” (1991) dramında oynadığı rolu ilə məşhurdur. 15 yanvar 1957-ci ildə Meksikanın Mexiko şəhərində anadan olub.Barəsində 2003-cü ildə “Yaramaz” adlı bioqrafik film çəkilən aktyor və rejissor Melvin Van Piblz in oğludur. Anası alman aktrisası və fotoqrafı Mariya Markasdır. 1974-cü ildə Konnektikut ştatında  orta məktəbi bitirib. 1978-ci ildə Kolumbiya universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirib. Van Piblz indo-qayan əsilli yazıçı və uşaq yoqası üzrə ekspert Çitra Suhu Van Piblzla evlidir. Onların Makaylo, Mandela, Marli, Maya və Morqana adında beş övladı var (üç oğlan və iki qız). Aktyor kimi ilk dəfə 1968-ci ildə “One Life to Live” adlı sabun operasında debüt edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%BD_%D0%9F%D0%B8%D0%B1%D0%BB%D0%B7,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D0%BE

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç