Natalya Andreyçenko

Natalya Andreyçenko

Aktrisa

BİOQRAFİYA

Natalya Eduardovna Andreyçenko (3 may 1956, Moskva) – Sovet, ABŞ və Rusiya teatr və kino aktrisasıdır. Daha çox “Sibiriada” (1978), “Hərbi-səhra romanı” (1983) və “Meri Poppins, Görüşənədək” (1983) filmlərində oynadığı rollarla yaddaşlarda qalıb. 1984-cü ildə Rusiya SSRİ-nin əməkdar artisti adını alıb. Natalya Eduardovna Andreyçenko 3 may 1956-cı ildə Moskvada anadan olub. Hələ məktəb illərindən aktrisa olmağı qarşısına məqsəd qoyub. M.S. Şepkin adına Ali Teatr Məktəbinə qəbul üzrə imtahanda uğursuzluqla üzləşsə də, həvəsdən düşməyib və Sergey Bondorçuk və İrina Skobsevin emalatxanasında oxuyub. Kinoda debütünü 1975-ci ildə gerçəkləşdirib: Belə ki, ikinci kursda oxuyanda “Sübhdən sübhədək” və “Kişilər üçün laylay” kimi filmlərə çəkilib. İlk aktyorluq uğurunu ona 1979-cu ildə ekranlara çıxan “Sibiriada” kinoepopeyası gətirib. Film Kann kinofestivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Sovet dövrünün tamaşaçıları onu daha çox  Leonid Kvinixidzenin “Merri Poppins, görüşənədəK” telefilmində oynadığı Meri Poppins rolu ilə yadda saxlayıb. 1991-ci ildə ABŞ-a, əri Maksimilian Şellin yaxına köçüb. Birinci həyat yoldaşı rusiyalı bəstəkar Maksim Dunayevski olub. Ondan 1982-ci il təvəllüdlü hazırda isveçrə bankında çalışan Dmitriy Şell adlı oğlu var (ögey atasının soyadını götürüb). İkinci həyat yoldaşı avstriyalı aktyor və kinorejissor Maksimilian Şell olub. Ondan 1989-cu il təvəllüdlü Nastastya Şell adında qızı var. 2005-ci ildə ərindən boşandıqdan sonra Rusiyaya qayıdıb. 2012-ci ildən bəri ilin böyük hissəsini Meksikada yaşayır. Veqeteryandır, yoqa ilə məşğul olur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B9%D1%87%D0%B5%D0%BD%D0%BA%D0%BE,_%D0%9D%D0%B0%D1%82%D0%B0%D0%BB%D1%8C%D1%8F_%D0%AD%D0%B4%D1%83%D0%B0%D1%80%D0%B4%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç