Vladimir Valutskiy

Vladimir Valutskiy

Ssenarist

BİOQRAFİYA

Vladimir İvanoviç Valutskiy (25 sentyabr 1936, Moskva – 14 aprel 2015, Moskva ) – Sovet və Rusiya kinossenaristidir. 1987-ci ildə Rusiya SFSR əməkdar incəsənət xadimi adını alıb. 1936-cı ildə İvan İvanoviç (Yanoviç) və Qalina Vasilyevna Valutskinin ailəsində dünyaya göz açıb. Atası əslən polyakdır. Atası birinci dünya müharibəsi başlayandan sonra anası və qardaşı ilə Moskvaya köçüb. Peşəcə mühəndis olub, Böyük Vətən müharibəsi dövründə aerodromlar tikib. Vladimir 1964-cü ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirib. 1966-cı ildə onun yazdığı ssenari əsasında debütant rejissor Vilatily Melnikov “Çukotka rəisi” filmini lentə alıb. Ekran əsəri böyük uğur gətirib. 1970-ci ildə onların “Efreytor Zbruyevin yeddi nişanlısı” filmi ekranlara çıxıb və birincinin uğurunu təkrarlayıb. Daha sonra onların “Fransa kraliçası, Yaroslavna” (1978) və “Qış albalısı” (1985) filmləri ekranlara çıxıb. “Qış albalısı”na Sovet məkanında 32 milyondan çox bilet satılıb. Onu ən çox tanıdan işi Şerlok Holmz serialına yazdığı ssenaridir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%BB%D1%83%D1%86%D0%BA%D0%B8%D0%B9,_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç