Leonid Kvinixidze
Rejissor, ssenarist
Leonid Aleksandroviç Kvinixidze (21 dekabr 1937, Leninqrad, SSRİ – 13 mart 2018, Sankt Peterburq, Rusiya) – sovet və rusiyalı kinorejissor və ssenaristdir. 1993-cü ildə Rusiya Federasiyasının əməkdar artisti adını alıb. 21 dekabr 1937-ci ildə Leninqradda kinorejissor Aleksandr Faynzimmerin ailəsində anadan olub. Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutuna daxil olduqdan sonra soyadını anasınınkinə dəyişib (Kvinixidze). 1962-ci ildə İnstitutun rejissorluq fakültəsini bitirib (İlya Kapolin və Qriqoriye Kozinsevin emalatxanası). Birinci həyat yoldaşı Nataliya Makarova, ikinci həyat yoldaşı Tatyana Arkadyevna Qrudzinskaya olub. Bu nikahdan Sofya adlı qızı var. Üçüncü evliliyi isə Yekaterina Elfimova ilə olub. Bu nikahdan Mariya adında qızı var. 13 mart 2018-ci ildə Sankt-Peterburqda vəfat edib. 16 mart 2018-ci ildə Şuşarsk məzarlığında yoldaşının yanında dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B2%D0%B8%D0%BD%D0%B8%D1%85%D0%B8%D0%B4%D0%B7%D0%B5,_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%B8%D0%B4_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87