Albert Filozov
Aktyor
Alber Leonidoviç Filozov (25 iyun 1937 – 11 aprel 2016) – sovet və rusiyalı teatr, kino və televiziya aktyoru, pedaqoq, Rusiya Teatr İncəsənət Akademiyasının professoru olub. 1994-cü ildə Rusiya Federasiyası Xalq artisti adını alıb. 25 iyun 1937-ci ildə Sverdlovksda 1933-cü ildə SSRİ-ə mühacirət etmiş polyak mühacirin ailəsində anadan olub. 1937-ci ildə atası repressiya qurbanı olub. Anası ukraynalı olub. Aktyor 1955-ci ildə Moskva Bədaye Teatrının studiya məktəbinə (MXAT) daxil olub. Romaşin, Lazaryov, Lavrov, Pokrovski, Nevinnı kimi məşhur incəsənət xadimləri onun kurs yoldaşları olub. Tələbə tamaşalarından birində Alov və Naumovun diqqətini çəkib. Adı çəkilən rejissorlar həmin vaxt “Külək” adlı romantik filmə baş rol ifaçısı axtarırdılar. Ancaq iş elə gətirdi ki, kinodebüt baş tutmadı. 1959-cu ildə məzun olduqdan sonra bir il ərzində K.S.Stanislavski adına Moskva Dram Teatrında işləyib. 2007-ci ildə “Müasir pyes məktəbi” teatrının səhnəsində “2x2=5” adlı tamaşa ilə rejissor kimi debüt edib. Həyatının son illərini onkoloji xəstəliklə mübarizə aparıb. Müalicə əvvəl xeyir versə də, sonradan vəziyyəti kəskin şəkildə pisləşib. 11 aprel 2016-cı ildə dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D0%BB%D0%BE%D0%B7%D0%BE%D0%B2,_%D0%90%D0%BB%D1%8C%D0%B1%D0%B5%D1%80%D1%82_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%B8%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87