Brahim Şiua
Prodüser
Brahim Şiua – fransız kinoprodüserdir. “Səslər”, “Boşluğa giriş” (Enter the Void), “Geridönməzlik” və digər reytinqli filmlərin prodüseri olub. Brahim Şiua 1955-ci ildə anadan olub. 2019-cu ilə qədər 30 filmin prodüserliyini edib. Wild Bunch prodakşn şirkətinin həmtəsisçisidir. İlk işi 1998-ci ildə rejissor Ceyms Yutanın “Silsilə məşuqə” adlı kriminal komediyası olub. Ardınca “Kassandranın arzusu” (2007), “Terror vəkili” (2007), “Geridönməzlik” (2002) kimi filmlərə çəkilib. 2009-cu ildə Qaspar Noenin “Boşluğa giriş” fantastik dramının prodüseri olub. Filmdə baş rollara Pas de la Uerta, Nataniel Braun və Siril Roy kimi aktyorlar çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: