Den Korteze

Den Korteze

Aktyor, prodüser

BİOQRAFİYA

Den Korteze – amerikalı aktyordur. 1967-ci ildə Pensilvaniyanın Pittsburq şəhərində anadan olub. Uşaq yaşlarından idmanla məşğul olub. Şimali Karolina universitetində tələbə olduğu vaxt təhsil ocağının futbol yığmasında oynayıb. Elə həmin dönəmdə qeyri-adi xarici görünüşü ilə diqqət cəlb edən Den televiziyaya maraq göstərməyə başlayıb, MTV Sports telekanalında rejissor köməkçisi vəzifəsinə işə düzəlib. 1992-1997-ci illərdə bu vəzifədə qalaraq, böyük təcrübə toplayıb, lakin sonradan aktyor olmaq qərarına gəlib.  Doxsanların əvvəlində ilk kastinqindən uğurla keçib və “Seynfeld” serialının aktyor heyətinə daxil olub. Bu iş kifayət qədər uğurlu olub və qısa müddətdən sonra “Route 66” telelayihəsində başqa əlamətdar rol ona nəsib olur. Canlandırdığı “Artur Klark” personajı həm tənqidçilərin, həm də tamaşaçıların rəğbətini qazanır. Növbəti illərdə “Kerolayn şəhərdədir”, “Tənha oğlan”, “Veronika salonu” (Veronica’s Closet)  və digər seriallara çəkilir. Kinoda ilk rolunu isə 1993-cü ildə rejissor Marko Brambillanın “Dağıdıcı adam” (Demolution Man) filmində oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.peoples.ru/art/cinema/actor/dan_cortese/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç