Benni Çan
Rejissor, prodüser, ssenarist
Benni Çan - honkonqlu kinorejissor, kinoprodüser və ssenaristdir. Beşqat HongKong kinomükafatı nominantıdır. Benni Çan 7 oktyabr 1961-ci ildə anadan olub. Uşaqlıqdan kinematoqrafiyaya maraq göstərib. 1981-ci ildən Honkonqun “Rediffusion” telekanalında işləməyə başlayıb. Bir ildən sonra TVB telekanalına keçib və rejissor Conni Tonun köməkçisi olub. 1985-ci ildə Çan vəzifədə rejissora qədər yüksəli və iki dram teleserialı lentə alıb. 1987-ci ildə telekanaldan ayrılıb və kino sahəsinə girişərək “Əlvida, əzizim” (1987) və “Ölümcül məhəbbət” (1988) rejissor köməkçisi kimi filmlərin rejissor köməkçisi olub. 1989-cu ildə Çan TVB telekanalına qayıdır və rejissorluqla yanaşı prodüserliklə də məşğul olur. Çanın ilk tammetrajlı bədii filmi olan “Sevgi anları” 1990-cı ildə ekranlara çıxıb. Film tənqidçilərin və tamaşaçıların rəğbətini qazanıb. 1990-cu illərin sonlarına kimi Çan həm televiziya həm də kino sahəsində çalışıb. Yalnız 1998-ci ildə “Mən kiməm” filminin rejissurası ilə son seçimini kinonun xeyrinə edib. Həmin filmdə baş rola Ceki Çan çəkilib. Çeki Çanla bundan başqa “Yeni polis hekayəsi” (2004), “Rob-Bi-Qud” (2006), “Şaolin” (2011) filmlərinin çəkilişində əməkdaşlıq edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B0%D0%BD,_%D0%91%D0%B5%D0%BD%D0%BD%D0%B8