Patrik Tse - honkonqlu aktyor, prodüser, ssenarist və rejissordur. 9 avqust 1936-cı ildə Çinin Quanqdonq əyalətində anadan olub. Tse 1974-cü ildə tanınmış Tayvanlı aktrisa Jen Jenlə ailə qurub. 1978-ci ildə cütlük yollarını ayırıb. İkinci həyat yoldaşı Honkonqlu aktrisa Debora Li olub. Bu nikahdan iki övladı var. Kinodan getdikdən sonra ailəsi ilə birlikdə uzun müddət Vankuverdə yaşayıb. Ancaq sonradan ailə Honkonqa geri qayıdıb. Tse və Debora 1996-cı ildə boşanıb. 2005-ci ildə özündən 49-yaş kiçik olan şanxaylı sevgilisi Koko ilə tanış olub. Cütlük 2017-ci ildə yollarını ayırsa da, 2018-ci ilin sonunda yenidən bir araya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Patrick_Tse