Stiven Çou

Stiven Çou

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Çşou Sinçi - daha çox Stiven Çou adı ilə tanınan honkonqlu komediya aktyoru, ssenarist, rejissor və prodüserdir. Stiven Çou 22 iyun 1962-ci ildə Koulundan olan fəhlə ailəsində dünyaya göz açıb. Dördövladlı ailənin yeganə oğlan uşağı olub. Həyatının ilk illərini Şanxayda bacıları ilə birlikdə keçirib. Yeniyetməlik illərindən Brüs Linin döyüş sənətinin vurğunu olub, əlbəyaxa döyüş növləri ilə məşğul olub. 1982-ci ildə TVB telekanalının aktyorluq kurslarına daxil olub. Bir ildən sonra “Kosmik Şattl 430” uşaq teleproqramında aparıcı olub. Ona qədər həmin şounu Toni Lün aparırdı. Altı illik fəaliyyəti ərzində “mo lei tau” yəni absurd ifadələr, hərəkətlər, parodiyalar, ikibaşlı zarafatlar üzərində qurulan komediya üslubunu püxtələşdirib. 1980-ci illərin sonlarından etibarən mütəmadi olaraq kinofilmlərə çəkilməyə başlayıb. Böyük ekranlarda “Sonuncu ədalət” kriminal döyüş filmində oynadığı rollar məşhurlaşıb. Həmin rola görə 1988-ci ildə Tayvan kinofestivalında ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Qızıl at” mükafatına yiyələnib. 1990-cı illərdə Ceki Çanla yanaşı Asiya kino bazarının TOP aktyorlarından olub, hərçənd, Qərb tamaşaçılarının çoxu onun adını belə eşitməmişdi. Ancaq 2001-ci ildə vəziyyət onun xeyrinə dəyişir. Belə ki, “Şaolin futbolu” adlı yeni filmi ilə bütün dünyaya səs salır. Vizual effektləri, kunfu ilə futbolun vəhdəti ilə göz oxşayan blokbasterin həm də rejissoru, ssenaristi və prodüseri olub. Film təkcə Asiya kinoteatrlarından 46 milyon gəlir gətirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%BE%D1%83,_%D0%A1%D1%82%D0%B8%D0%B2%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç