Meqqi Qreys

Meqqi Qreys

Aktrisa

BİOQRAFİYA

Meqqi Qreys 21 sentyabr 1983-cü ildə Uortinqton şəhərində (Ohayo ştatı, ABŞ) anadan olub. İlk rolunu “Reyçelin otağı” serialında oynayıb. Serial yeniyetmə qızın yataq otağında baş verən hadisələrdən bəhs edir. 2004-cü ilin ortalarında Qreysin agentiliyi ona “Sağ qalmaq” serialının ilk seriyasının ssenarisini gətirir və aktrisa dinləmədən sonra bu serialda Şennon Ruterford roluna seçilir. “Sağ qalmaq” serialının birinci sezonun çəkilişləri zamanı o, Havay adalarında yaşayırdı. Elə bu dövrdə “Duman” qorxu filminin remeykinə çəkilmək üçün müqavilə imzalayır. 2008-ci ildə “Girov” filmində Liam Nisonun tərəf-müqabili olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Maggie_Grace

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç