Prüitt Teylor Vins
Aktyor, rejissor
Pruitt Teylor Vins (ing. Pruitt Taylor Vince) – amerikalı kino və televiziya aktyorudur. Vins 5 iyul 1960-cı ildə Luiziana ştatının Baton-Ruj şəhərində anadan olub. Özünün dediyinə görə aktyorluğa tam təsadüfən gəlib. Dəcəlliyinə görə tez-tez məktəb dəyişib, sonda cəza olaraq onu sinifdənxaric dram dərnəyinə qoşulmağı məcbur ediblər. Dram müəllimi Pruittdə aktyorluğa sevgi yaradıb. Kinoda Vins başlıca olaraq mənfi obrazları canlandırıb. “Gözəl qızlar” filmində pab sahibi, “İdentifikasiya” filmində şəxsiyyəin çoxlaşmasından əziyyət çəkən silsilə qatil, “Simona” filmində şoubiz şərhçisi, “Betti bacıları” filmində şerif rolunu oynayıb. Onu həmçinin “Sıfır dərəcəli məhəbbət” filmində Uolter rolunda görmək olar. Vins bundan başqa “Mələyin qəlbi” filmində polis zabitini, “24 saat” filmində oğru köməkçisini, “Anadangəlmə qatillər” filmində rəis rolunu oynayıb. İlk nikahı boşanma ilə nəticələnib. 2003-cü ildə Culianna Matteliqlə ailə qurub. Bəzi filmlərdə kadrlar onun gözlərinin tez-tez sağa-sola oynadığını görmək olur ki, bu onun nistaqma xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədardır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D0%BD%D1%81,_%D0%9F%D1%80%D1%83%D0%B8%D1%82%D1%82_%D0%A2%D0%B5%D0%B9%D0%BB%D0%BE%D1%80