Riçard Lester

Riçard Lester

Rejissor, prodüser, aktyor

BİOQRAFİYA

Riçard Lester (ing. Richard Lester) ingilis-amerikalı kinorejissor və bəstəkardır. 19 yanvar 1932-ci ildə ABŞ-da yəhudi ailəsində anadan olub. Uzun müddət estrada musiqi sahəsində çalışıb. Başlıca olaraq bəstəkar kimi fəaliyyət göstərib. 1954-cü ildə uğurun dalınca Avropaya yollanıb. 1956-cı ildə İngiltərədə absurd komediya proqramları ərsəyə gətirib (misal üçün, “İdiot şousu” və s) Sellerslə birlikdə “Qaçan, yürüyən və sakit yerində duran film” (1960) adlı musiqili telefilm lentə alıb. Filmin süjeti özlüyündə unikaldır və hər bir epizodu tryukları, yumoru, qeyri-standart rakursları və montajı ilə fərqlənir. Populyarlığı ona “Çətin günün gecəsi” adlı film gətirib. Filmin əsas süjeti “Beatles” qrupu ətrafında qurulur.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D1%81%D1%82%D0%B5%D1%80,_%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç