Serkan Keskin

Serkan Keskin

Aktyor

BİOQRAFİYA
Serkan Keskin (25 noyabr 1977İzmit, Türkiyə) - 1997-ci ildə İzmit şəhər teatrının nəznində açılan teatr kursunda aktyorluq həyatına başlayıb. 1999-2002 illər arasında “Akademi İstanbul” teatr məktəbində aktyorluq təhsilini bitirdikdən sonra 2002-ci ildə yaradılan “Semaver Kumpanya” truppasına qatılır və uzun illər burada həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərir. 2011-ci ildə rejissoru Onur Ünlü olan, TRT tərəfindən yayımlanan "Leyla ilə Məcnun" teleserialındakı “İsmail abi” obrazı ilə daha böyük kütlə tərəfindən tanınıb. S.Keskin 2014-cü ildə senaristi və rejissoru Onur Ünlünün olduğu “Etirazım var” filmində Büşra Pekin və Osman Sonant ilə baş rolları bölüşüb. 2013-cü ildə "Sen Aydınlatarsan Geceni" filmində rol alıb. 2013-cü ilin martında "Leyla və Məcnun" serialının aktyorları ilə bərabər qurduğu “Leyla The Band” musiqi qrupunda bas gitarası ilə yer alıb. 2015-ci ildə "Limonata" filmində baş rolda Səlim obrazını canlandırıb. 2015-ci ilin fevralında başlayan "Beş qardaş" teleserialında Balıqçı Səid obrazı ilə baş rolda oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/S%C9%99rxan_K%C9%99skin
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç