Necat Birekik

Necat Birekik

Aktyor

BİOQRAFİYA
Necat Birecik – türkiyəli teatr və kino aktyoru və rejissordur. 1963-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olub. İlk və orta təhsilini Karabük qəsəbəsində alıb. Daha sonra Anadolu litseyində təhsilini davam etdirib. Litseydə oxuduğu illərdə aktyor olmağı qarşısına məqsəd qoyub. 1984-cü ildə İstanbul Universitetinin Dövlət Konservatoriyasında teatr təhsili alıb. Yıldız Kenter, Haldun Dormen, Güngör Dilmen kimi ustadlar müəllimləri olub. 1990-cu ildə məzun olub. 2000-ci ildə Hilal Bireciklə ailə qurub. Cütlüyün bir qızı var var. IMDB məlumat bazasına əsasən 2019-cu ilə qədər 23 film və serialın çəkilişində iştirak edib. Daha çox “Çocuklar Duymasın” (2002-2011), “Alacakaranlı” (2003), “Güle-güle” (2000), “Yalancı” (1994) filmlərində oynadığı rolları ilə tanınır.

 
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1028172/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç