Bahar Öztan

Bahar Öztan

Aktrisa

BİOQRAFİYA

Bahar Öztan – türkiyəli aktrisadır. 11 avqust 1962-ci ildə Türkiyənin İskəndərun şəhərində dünyaya göz açıb. Uşaqlığı və yeniyetməlik illəri İstanbulda keçib. Ekranlara ilk dəfə şampunun reklam çarxında çıxıb. Karyerası ərzində çoxsaylı reklamlarda görüntülənib. Elə reklamlardakı populyarlığı nəticəsində insanlar onu “qəmzəli gözəl” adı ilə tanıyıb. “Şaşkın milyoner” romantik komediyasında oynadığı rolla kinoda debüt edib. Kinoda daha çox “Kaplanlar” (1985), “Kanlı Nigar” (1981), “Kanun Adamı” (1985), “Mahkum” (1985) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən 2008-ci ilə qədər 48 filmin çəkilişi və səsləndirilməsində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0960259/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç