Şükrü Özyıldız

Şükrü Özyıldız

Aktyor

BİOQRAFİYA

Şükrü Özyıldız – türkiyəli aktyordur. 18 fevral 1988-ci ildə anadan olub. Star TV, daha sonra Fox TV-də yayımlanan “Benim Hala Umudum Var” və Kanal D-də yayımlanan “Şeref Meselesi” seriallarında oynadığı rollarla yadda qalıb. Anası Yunanıstanın Rodos adasında anadan olub. Atası trabzonludur. Aktyor Türkiyənin İstanbul Texniki Universitetinin Gəmi mühəndisliyi fakültəsində ali təhsil alıb. Bir ildən sonra təhsilini yarımçıq qoyaraq Egey Universitetinə qəbul olunub və Erasmus proqramı ilə Portuqaliyaya yollanıb. Özyıldız gənc yaşlarından əlbəyaxa döyüş növləri ilə maraqlanır. O, hətta Portuqaliyada keçirilən qaydasız döyüşlərdə iştirak edib. Döyüş meydanından uzaqlaşmasını çəkiliş meydançalarında qrafikin sıx olması ilə əsaslandırıb. Aktyorluğa həvəsi yaranandan sonra bacarıqlarını peşəkar səviyyəyə çatdırmağa qərar verib və Müjdat Gezen İncəsənət Mərkəzində aktyorluq üzrə təhsil alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/%C5%9E%C3%BCkr%C3%BC_%C3%96zy%C4%B1ld%C4%B1z 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç