Mayk Fleneqan
Ssenarist, rejissor, prodüser, operator, bəstəkar
Mayk Flenaqan – amerikalı kinorejissordur. Daha çox “Qaiblik” (2011), “Okulus” (2013), “Sükut, Somniya, Uici: iblis lövhəsinin lənəti” (2016) və “Ceraldın oyunu” (2017) filmləri üzərində gördüyü işə görə tanınır. O həmçinin “Dağdakı evin kabusları” (2018) adlı Netflix serialının rejissoru, ssenari müəllifi və prodüseri olub. Serial Şirli Ceksonun eyni adlı romanı əsasında lentə alınıb. Flenaqan 1978-ci ildə Massaçusetsin Salem şəhərində anadan olub. Onun atası ABŞ sahil mühafizə xidmətində çalışıb və bununla əlaqədar ailəsi tez-tez yaşayır yerini dəyişib. Salemdə qısa müddət yaşasada, şəhərdən aldığı təəsürrat onda dərin iz qoyub. O Salem ifritələri ilə maraqlanıb beləcə mistika və fantastika janrına marağı yaranıb. Merilenddə Touson Universitetində oxuyub. KİV sahəsində bakalavr dərəcəsini əldə edib. Teatr sahəsində magistr dərəcəsinə də malikdir. Flenaqan 2016-cı ilin fevral ayında aktrisa və yazıçı Keyt Siqellə ailə qurub. Onların iki övladı var: Kodi Pol Flenaqan (26 noyabr 2016) və Teodora İzabel İren Flenaqan (3 dekabr 2018). Flenaqanın bundan başqa keçmiş sevgilisi, aktrisa Kortni Bellə münasibətlərindən 2010-cu il təvəllüdlü oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%BB%D1%8D%D0%BD%D0%B0%D0%B3%D0%B0%D0%BD,_%D0%9C%D0%B0%D0%B9%D0%BA