Türker Inanoğlu
Prodüser, rejissor
Türker İnanoğlu – türkiyəli ssenarist, rejissor və prodüserdir. 18 may 1936-cı ildə anadan olub. O əvvəl aktrisa Filiz Akınla evli olub. İkinci həyat yoldaşı isə məşhur aktrisa Gülşen Bubikoğlu olub. İki övladı var: İlker ilk nikahdan, Zeynep isə son nikahdan olan övladıdır. 1957-ci ildə İstanbul Tətbiqi İncəsənət Akademiyasında tələbə olduğu vaxtdan kino sahəsində çalışıb. Ömer Lütlov və Nişan Hançerin 11 filmində rejissor köməkçisi olub. 1960-cı ildə “Senden ayrı yaşayamam” adlı filmlə rejissor kimi debüt edib. Çoxu ağ-qara lentdə olmaqla, 120-dən çox bədii filmə prodüserlik edib. Amerika, Yaponiya, Fransa və Almaniyadan olan prodüserlərlə əməkdaşlıq edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/T%C3%BCrker_%C4%B0nano%C4%9Flu