Aliye Rona

Aliye Rona

Aktrisa

BİOQRAFİYA

Aliye Rona - türkiyəli teatr və kino aktrisasıdır. 1921-ci ildə Suriyanın Dərya şəhərində dəmiryolçu ailəsində anadan olub. Aliyenin Avni Dilligil adlı qardaşı var, o da məşhur aktyor olub. Atasının işi ilə əlaqədar ailəsi ilə tez-tez başqa yerlərə köçüb. Sonda İstanbulda qərarlaşıblar. Aliye Beyoğluda qızlar üçün nəzərdə tutulan axşam məktəbində orta təhsil alıb. 30-cu illərin sonlarında Kadıköy teatrının aktrisası olub, kiçik rolları ifa edib. Teatrda gələcək həyat yoldaşı Zehni Rona ilə rastlaşıb. 1947-ci ildə kinoda debüt edib. Başlıca olaraq ikinci plan rollar oynayıb. Karyerası ərzində 204 filmə çəkilib. Üç dəfə "İkinci plan rol"a görə “Qızıl portağal” mükafatı laureatı olub. Ən böyük arzularından biri Atatürkün anası Zübeydə xanım rolunu oynamaq olsa da, bu arzusu ürəyində qalıb. 27 avqust 1996-cı ildə İstanbulda vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Aliye_Rona

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç