Meral Zeren

Meral Zeren

Aktrisa

BİOQRAFİYA
Meral Zeren - türkiyəli aktrisadır. 6 iyun 1956-cı ildə Türkiyənin Adana şəhərində anadan olub. Orta təhsilini yarımçıq buraxaraq 13 yaşından səhnəyə çıxıb. Ardınca bir müddət müğənnilik edib. Səhnədə kinematoqrafların diqqətini cəlb edən Zeren 1971-ci ildə "Önce Sev Sonra Vur" filminə dəvət olunub. Filmdə rol almaq üçün yaşını 4 il artırmalı olub. Selami Şahindən Türk Sənət musiqisi üzrə dərs alıb və solist kimi səhnəyə dönüb. Zeki Müren və Ajda Pekan kimi türkiyəli estrada ulduzları ilə səhnəni bölüşüb. Kinoda daha çox "Salako" (1974), "Kara Orkun" (1973), "Banker Bilo" (1980), "Öfkenin Bedeli" (1975) filmlərində oynadığı rolları ilə tanınır. 80-ci illərdə “Kanlı Nigar” ve “Evet mi Hayır mı” müzikllarında rol alıb. Daha sonra, 1985-ci ildə "Duvardakı Kan" serialı ilə yenidən üzə çıxır. 1986-cı ildən, kazinoların fəaliyyətinə qadağa qoyulanadək (1998), kazinolarda oxuyub. Daha sonra TV filmi və seriallarda çəkilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın: 

https://www.imdb.com/name/nm0955048/
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç