Fatma Girik

Fatma Girik

Aktrisa

BİOQRAFİYA

Fatma Girik - türkiyəli aktrisadır. Türkiyə istehsalı olan bədii filmlərdə güclü qadın obrazları canlandırması ilə yadda qalıb. 12 dekabr 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münəvvər Girikin ailəsində anadan olub. Anası onu 16 yaşında olanda dünyaya gətirib. Uşaqlığında qorxmaz xarakterinə görə onu “erkek Fatma” deyə çağırardılar. 1955-ci ildə, 13 yaşında olanda ilk dəfə kinoekranlara çıxıb, “Günahkar baba” filmində kiçik rol oynayıb. 1957-ci ildə “Leke” filmində baş rol oynayıb. Həmin filmin uğurunda sonra mütəmadi olaraq filmlərə çəkilməyə başlayıb. 1960-cı ildə Memduh Ünün “Ölüm Peşimizde” adlı filminə çəkilməklə məşhurlaşıb. Bundan başqa “Ezo Gelin” və “Boş Beşik” filmlərində yaratdığı obrazlarla tanınır. 1965-ci ildə “Keşanlı Ali Destanı” adlı filmdəki roluna görə “Qızıl portağal” mükafatına layiq görülüb. Girik başlıca olaraq rejissor Memduh Ünün çəkdiyi filmlərdə rol alıb. Onları təkcə peşəkar əlaqələr deyil həm də sevgi əlaqələri birləşdirib. Hərçənd aralarında heç vaxt rəsmi nikah olmayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B8%D1%80%D0%B8%D0%BA,_%D0%A4%D0%B0%D1%82%D0%BC%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç