Qaston Pauls

Qaston Pauls

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Qaston Pauls - tanınmış argentinalı aktyor, prodüser və teleaparıcıdır. 17 yanvar 1972-ci ildə Buenos Ayresdə anadan olub. Atası aktyor və kinoprodüser Aksel Pauls, qardaşı – yazıçı Alan Paulsdur. Qaston Pauls karyerasına televiziyada, musiqi proqramının aparıcısı kimi başlayıb. 1994-cü ildə “Rus dağı” adlı yeniyetmə telenovellasında baş rollardan birini oynayıb. Çəkiliş vaxtı onunla aktrisa Nensi Duplua arasında eşq macərası yaşanıb. Ancaq münasibətlər iki il davam edib. Böyük ekranlarda ilk böyük rolunu “Komançi əraziləri” adlı, 1997-ci ildə premyerası baş tutmuş filmdə oynayıb.  Beynəlxalq şöhrəti isə ona “Doqquz kral” filmi gətirib. Aktrisa Aqustin Çerri ilə evlidir, iki övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D1%83%D0%BB%D1%8C%D1%81,_%D0%93%D0%B0%D1%81%D1%82%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç