Bige Önal

Bige Önal

Aktrisa

BİOQRAFİYA

Bige Önal – türkiyəli aktrisadır. 1 fevral 1990-cı ildə İstanbul şəhərində anadan olub. Tanınmış futbolçu Erhan Önalın və model Mine Baysanın qızıdır. Valideynləri onun iki yaşı olanda ayrılıb. Bige anası ilə qalsa da, atası ilə mütəmadi əlaqə saxlayıb. Valideynləri populyar insanlar olsalar belə, ailə həyatını ictimailəşdirməyin tərəfdarı olmayıblar. Anası Heybəliadadan (İstanbul yaxınlığında ada), atası İzmirdəndir. Bigenin bir qardaşı var (atasının birinci nikahından olan oğlu). O, Almaniyada yaşayır və Bige ilə qızın 2 yaşı olanda ilk dəfə tanış olub. Bige Sent-Beno (Saint Benoît Fransız Lisesi) özəl litseyini bitirib. Daha sonra İstanbulun Bilgi Universitetinin məzunu olub. İlk rolunu Bige 2007-ci ildə “Taleyin oteli” adlı serialda oynayıb. Daha sonra müxtəlif film və seriallara dəvətlər almağa başlayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://kino-teka.com/actors/4111-biografiya-bige-onal-bige-onal-tureckaya-aktrisa.html

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç