Miloş Forman

Miloş Forman

Rejissor

BİOQRAFİYA

Miloş Forman 1932-ci il fevralın 18-də Çexoslovakiyanın Çaslav şəhərində anadan olub. İkinci dünya müharibəsi illərində Çexoslovakiyanin işğalı zamanı valideynlərini Osvensiumda itirib. Praqa incəsənət akademiyasının kino fakultəsinin məzunudur. 50-ci illərin ortalarında həm ssenarist kimi işləyib, həm də məşhur “Laterna Maqika”da ilk proqramların hazırlanmasında iştirak edib. 1963-ci ildə “Müsabiqə” adlı sənədli filmi ilə kino sənətində debut edib. Rejissor filmdə gənclərin caza maraq atmosferini yaratmağa və peşəkar jüri qarşısında öz bacarıqlarını nümayiş etdirən bu musiqi sevənlərin müsabiqədəki acınacaqlı səhnəsini təsvir etməyə çalışıb. 1964-ci ildə Forman “Qara Pyotr” adlı ilk tammetrajlı filmini çəkir ki, bu filmin başqa adı “Pyotr və Pabla” idi. Filmdəki rolları ifa edən aktyorların həm peşəkar, həm də qeyri peşəkar olmasına baxmayaraq rejissor kasıb təbəqənin solğun, maraqsız həyat atmosferini sənədli şəkildə verməkdən utanaraq, təbii həyatın gerçəkliyini, həqiqi və istehzalı qəhrəmanların psixoloji təsvirini verməyi üstün tutub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Milo%C5%9F_Forman

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç