Censen Ekls

Censen Ekls

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA
Censen Ross Ekls 1 mart 1978 Texasda (ABŞ) anadan olub. Amerikalı aktyor, model. Censen əvvəlcə modelliklə məşğul olub. 1997-ci ildə Berkener High School-da məzun olduqdan sonra ilk rolunu "Days of Our Lives" serialında oynadı. Bu serialdan sonra Ceyms Kemeronun "Qaranlıq mələyi" serialında oynamaq üçün Vankuverə getdi. 2003-də "Dawson's Creek" adlı serialında CJ rolunu canlandırdı. 2004-cü ildə Smallville serialına çəkilmək üçün yenidən  Vankuverə getdi və burada Ceyson Tigi rolunu oynadı. 2005-ci ildə CW kanalında yayımlanmağa başlayan Fövqəltəbii  serialı ilə yanidən ekranlara qayıtdı. O bu serialda Din Vinçester rolunu oynadı. Axırıncı dəfə isə 2009-cu ildə Qanlı Valentin filminə çəkilib. Fövqəltəbii serialında həmkarları Cared Padaleki və Mişa Kollins ilə yaxın dostdur. Ceyson Manns ilə də yaxın dost olan Censen onunla və Stiv Karos ilə birgə mahnı da oxuyub. Fövqəltəbii serialındakı Din Vinçester rolu ona böyük uğur gətirib. Eyni vaxtda başqa filmlərədə çəkilmiş bununla da özünü peşakar aktyor kimi təsdiq etmişdir. 15 may 2010-cu ildə Ten Inch Hero filminə çəkildi və bu filmdə həmkarı Dennil Harris ilə ailə həyatı qurdu. Castis Cey "Cey Cey" Ekls adında qızı 2013-cü ildə dünyaya gəldi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Censen_Ekls
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç