Hilal Altınbilek

Hilal Altınbilek

Aktrisa

BİOQRAFİYA

Hilal Altınbilek  - türkiyəli aktrisadır. 21 yanvar 1991-ci ildə Türkiyənin İzmir şəhərində anadan olub. Erkən yaşlarından teatr sənətinə və səhnəyə maraq göstərib. Hilal Altınbilekin peşəkar karyerasına aparan yolu ilk əvvəl məktəb səhnəsindən keçib. Aktrisa Əli Heydərin Müasir Dramatik Qrupunda aktyorluq kursuna gedib. 2009-2010-cu illərdə Müjdət Gəzən İncəsənət Mərkəzində oxuyub. Karyerasının əvvəlində “Tutqun sular” serialına çəkilib. Serial yeni həyata qədəm qoyan gənclərdən bəhs edir. Bİr günün hadisəsi baş qəhrəmanın həyatının tamamilə dəyişir. Ezgi adlı gənc qız huşsuz vəziyyətdə əşkarlanır. Ayıldıqdan sonra başına gələnləri xatırlamır. Serialda Altınbilek  İrem rolunu oynayıb. 2013-cü ildə “Qara çiçək” serialında Özlem roluna çəkilib. Teledram üç uşaq böyüdən tənha ananın həyat hekayəsini danışır. Şəxsi həyatına gəlincə son vaxtlar aktrisanın Kerem Alışıkla, həmçinin Uğur Güneşlə gizli eşq yaşadığı haqda dedi-qodular yayılıb. Ancaq aktrisa hər iki məşhurla dost münasibətlərdə olduğunu əmin edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktrisy/1775-hilal-altinbilek.html
 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç