Ryü Sın-nön
Aktyor
Ryü Sın-rön – cənubi-koreyalı aktyordur. 29 noyabr 1970-ci ildə Cənubi Koreyanın Çhunçhon-Namdo əyalətinin Soçhon şəhərində anadan olub. Seul incəsənət institutunu bitirib. Aktyor kimi debütünü 15 yaşında edib, belə ki, yerli musiqili tamaşaların birində iştirak edib. Ekranlarda ilk dəfə 2004-cü ildə görüntülənib (“Xüsusi biri” adlı filmdə). Çox keçmədən Koreyanın ən universal aktyorlarından birinə çevrilib. Ən əlamətdar rollarını “Ayris”, “Şəxsi üstünlüklər” seriallarında və “7 nömrəli kameranın möcüzəsi”, “Masqarad”, “Mənim sevgilim – xüsusi agentdri”, “Oxların müharibəsi” filmlərində oynayıb. 2019-cu ildə Netflix-də çıxan zombi-trillerində baş rollardan birini oynayıb. Ryü Sın-rön hazırda Seul incəsənət kollecində dərs deyir, professordur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15479507051/