Nik Boreyn

Nik Boreyn

Aktyor

BİOQRAFİYA

Nikolas “Nik” Boreyn – cənubi-afrikalı aktyordur. Daha çox “Qara yelkənlər” (2015) serialında Piter Eş rolunda tanınıb. Nikolas Boreyn 14 noyabr 1971-ci ildə CAR-da anadan olub. Atası siyasətçi və Aperteid rejiminə qarşı hərəkatın iştirakçılarından olub. 1994-cü ildə Nikolas Vitvatersrand universitetini fərqlənmə ilə bitirib, dram incəsənəti üzrə bakalavr dərəcəsinə yiyələnib. 1997-ci ildən televiziya ekranlarında görüntülənir. 2004-cü ildə Patrik Sueyzinin baş rola çəkildiyi “Kral Süleymanın mədənləri” filmində rol alıb. Boreyn rusiyalı muzdlu İvan Flikovu oynayıb. Bir il sonra “Bermud Üçbucağı”na çəkilib. 2009-cu ildə “9-cu rayon” fantastik trillerində ikinci plan rolda çıxış edib. 2015-ci ildə “Qara yelkənlər” serialının ikinci mövsümündə ikinci plan rola dəvət olunub. Qəddarlığı ilə seçilən Britaniyalı Piter Eşi oynayıb. Serialda həmçinin həyat yoldaşı Luiza Barns çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D1%80%D1%8D%D0%B9%D0%BD,_%D0%9D%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç