Beverli Mitçell

Beverli Mitçell

Aktrisa, prodüser

BİOQRAFİYA

Beverli Enn Mitçell (22 yanvar 1981, Arkadiya, Kaliforniya, ABŞ) – amerikalı aktrisa, ssenarist, kinoprodüser və müğənnidir. Üçqat “Gənc aktyor” mükafatı laureatıdır (1997, 1998, 2000). Bu mükafatları ona “Göyün yeddinci qatı” (1996-2007) teleserialında oynadığı Kemden rolu gətirib. Həmçinin “Sinatra” mini serialında Nensi Sinatranın uşaqlığı rolunda və “Ulduz şossesi” bioqrafik filmində Erika Enders rolunda tanınır. 1 oktyabr 2008-ci ildə mühasib Maykl Kemeronla ailə qurub. Onlar toya qədər 8 il görüşüblər. Cütlüyün iki övladı var: 2013-cü il təvəllüdlü qızları Kenzi Linn Kemeron və oğlanları Hatton Maykl Kemeron (2015). 2018-ci ilin noyabr ayında Mitçell əkiz uşaqlara hamilə qaldığını etiraf etsə də, bir neçə aydan sonra düşüşü keçirib. 17 mart 2020-ci ildə cütlük üçüncü övladın doğulmasına hazırlaşdıqlarını ictimaiyyətə açıqlayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%82%D1%87%D0%B5%D0%BB%D0%BB,_%D0%91%D0%B5%D0%B2%D0%B5%D1%80%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç