Skott Edkins

Skott Edkins

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA
Skott Edkins 17 iyun 1976-cı ildə İngiltərədə dünyaya gəlib. 10 yaşında atası və qardaşı ilə birlikdə yerli cüdo klubunu ziyarət etdikdən sonra döyüş sənəti ilə maraqlanmağa başlayıb. Eyni vaxtda taekvondo ilə maraqlanırdı. Bir neçə il sonra Entoni Consun rəhbərliyi altında kikboksla məşğul olmağa başlayır. Skottun ilk rolu “Dei seung chui keung” filmində olub. Bundan əlavə, bir çox filmlərdə rol alıb. Bundan sonra o, "Bourne Ultimatum" və "X-Adamlar" kimi böyük layihələrə dəvət olunub. 2009-cu ildə isə “Nindza” filmində ilk dəfə baş rolda çəkilib. 2014-cü ildə “The Legend of Hercules” filmində çar Amfitrionu oynayıb. Böyük kinoda daha çox “Danılmaz 4” (Undisputed 4, 2016), “Danılmaz 3” (Undisputed 3, 2010) filmlərində rusiyalı məhbus döyüşçü Boyka, “Bədbəxt Adam” (Accident Man, 2018) filmində Mayk Fellon, “Məğlubedilməzlər 2” (Expendibles, 2012) filmində Hektor rolları ilə tanınır. Skott karyerası ərzində ümumilikdə 59 televiziya/bədii film və seriala çəkilib. 

 
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Scott_Adkins

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç