Castin Ueylin

Castin Ueylin

Aktyor

BİOQRAFİYA

Castin Qarret Uolin – amerikalı kino və televiziya aktyorudur. Saturn və Emmi mükafatı namizədi olub. Populyarlığı ona “Lois və Klar: Supermenin yeni macəraları” serialında Cimmi Olsen rolu gətirib. Castin Uolin 6 sentyabr 1974-cü ildə Kaliforniya ştatının San-Fransisko şəhərinin Sansete qəsəbəsində anadan olub. Anası məktəb müəlliməsi olub, atası daşınmaz əmlak sektorunda çalışıb. Uolinin yeddi yaşı olanda valideynləri boşanıb. Castin Uollin Louell orta məktəbinə gedib. San-Fransiskoda Amerika Konservatoriya Teatrının aktyorluq kurslarına gedib. 15 yaşında olanda Los-Ancelesə köçüb, orada Kaliforniya universiteti nəzdində xüsusi orta təhsil proqramını keçib. Aktyorluq karyerasına 1988-ci ildə rejissor Baddi van Hornun “Ölülər hovuzu” filmi ilə başlayıb. Filmdə baş rolu Klint İstvud ifa edib. Daha sonra “Uşaq oyunu 3”, “Qatil anam” və “Əjdahalar mağarası” kimi filmlərdə rol alıb. 1996-cı ildə “Qışqırıq” trillerində Billi Lumis roluna çəkilib. 1994-1997-ci illərdə “Lois və Klar: Supermenin yeni macəraları” serialında Cimmi Olsen rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BB%D0%B8%D0%BD,_%D0%94%D0%B6%D0%B0%D1%81%D1%82%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç