Coi Loren Adams

Coi Loren Adams

Aktrisa

BİOQRAFİYA

 Coy Loren Adams 9 yanvar 1968-ci ildə anadan olub. Amerikalı aktrisa, rejissor və ssenaristdir. Daha çox 1997-ci ildə “Eminin axtarışında” filmində oynadığı rolu ilə tanınır. Həmin rol ona “Qızıl qlobus” mükafatını qazandırıb.  Coy Loren Adams 9 yanvar 1968-ci ildə ABŞ-ın Arkanzas ştatının Nort Little Rok şəhərində anadan olub. 2003-cü ilin dekabr ayında sərxoş vəziyyətdə avtomobil idarəetdiyinə görə həbs olunub. Coy Loren karyerasına televiziyada, “Uşaqlarla evli” serialında, 1991-ci ildə başlayıb. Daha sonra onun spin-offuna çəkilsə də, serialın ömrü qısa olub və yeddi epizoddan sonra bağlanıb. 1993-cü ildə “Key və çaşqınlıq içində” adlı komediyada kinodebütünü həyata keçirib. Daha sonra “Yumurtabaşlar” komediyasında həmçinin kassa uğursuzluğuna düçar olmuş “Bio-ev” (1996) filmində rol alıb. Ən böyük uğuru aktrisaya “Eminin axtarışında” filmində oynadığı rol gətirib. Orada eyni zamanda ssenarist kimi çıxış edib. Film tənqidçilər arasında kifayət qədər nüfuz qazanıb, dünya kinoteatrlarında gəlirləri kifayət qədər yüksək olub, üstəlik aktrisaya “Qızıl qlobus” nominasiyası qazandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B4%D0%B0%D0%BC%D1%81,_%D0%94%D0%B6%D0%BE%D0%B9_%D0%9B%D0%BE%D1%80%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç