Alen Şaba
Aktyor, prodüser, rejissor, ssenarist
Alen Şaba - fransız aktyor, rejissor, ssenarist və prodüserdir. Alen Şaba 24 noyabr 1958-ci ildə 1963-cü ildə Əlcəzairin Oran şəhərində anadan olub. Valideynləri yəhudidir. Ailəsi 1963-cü ildə Fransaya köçüb. Aktyorluq karyerasına 80-ci illərdə müxtəlif telekomediyalara çəkilməklə başlayıb. 1995-ci ildə çəkildiyi “Lənətlənmiş qazon” filmi Fransada bir hitə çevrilib və ona birinci “Sezar” nominasiyasını qazandırıb (ümumilikdə 4 dəfə bu mükafata namizəd olub). Filmdə həyat yoldaşı lezbiyan qadınla münasibət quran əri oynayır. 1997-ci ildə Alen Şaba “Didye” komediyası ilə rejissor debütünü gerçəkləşdirib: filmdə eyni zamanda baş rolu oynayıb. Bu debüt ona ilk “Sezar” mükafatını əldə etməsinə kömək edib. 1997-ci ildə “Əmioğlu” adlı polis trillerində baş rolu oynayıb. Beynəlxalq şöhrəti isə ona 2002-ci ildə “Asteriks və Obeliks: Kleopatra missiyası” kinofilmi gətirib. Filmin rejissoru, ssenaristi və prodüseridir, bundan başqa orada Yuliy Sezar obrazını canlandırıb. Bu rola görə 2002-ci ildə Avropa Kinoakademiyasının tamaşaçı simpatiyası mükafatına namizəd olub. Evlidir. Üç övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D0%B1%D0%B0,_%D0%90%D0%BB%D0%B5%D0%BD