Kyara Mastroyanni
Aktrisa
Kyara-Şarlotta Mastroyanni – fransız-italyan aktrisadır. 28 may 1972-ci ildə Parisdə anadan olub. Katrin Denöv və Marçello Mastroyanninin qızıdır. Kyara Mastroyanni 1992-ci ildə Andre Teşinin “İlin ən yaxşı fəsli” filmində anasının qəhrəmanının qızı rolunda debüt edib. Daha sonra atasının çəkildiyi “Yüksək moda” adlı filmdə rol alıb. 2012-ci ildə Kyara Mastroyanni rejissor Alis Vinokurun “Avqustina” filminə, ardınca “Vellinqton xətti” hərbi dramına çəkilib. 1996-cı ildə aktrisa fransız heykəltəraş Pyer Torretondan Milo adlı oğlunu dünyaya gətirib. 1999-cu ildə Kyara Mastroyanni özündən 13 yaş böyük aktyor Vinsent Lindonla görüşməyə başlayıb. 90-cı illərin sonlarında Kyaranın aktyor Benisio del Toro ilə uzunmüddətli romanı olub. O eyni zamanda aktyor Andrea Di Stefano ilə romantik münasibətlərdə olub. 2002-ci ilin may ayında Mastroyanni musiqiçi Bencamin Bioleya ərə gedib. 2003-cü ilin aprel ayında onların Anna adlı qızı dünyaya gəlib. 2004-cü ildə cütlük birliydə 13 mahnı yazıb. Bir ildən sonra cütlük boşanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/chiara_mastroianni/