Frederik Difental

Frederik Difental

Aktyor, prodüser

BİOQRAFİYA

Frederik Difental – fransız aktyordur. Daha çox “Taksi” komediya franşizasında polis müfəttişi Emilyen (baş qəhrəmanın dostu) rolunda tanınır. 26 iyul 1968-ci ildə anadan olub. 15 yaşında olanda təhsilini yarımçıq buraxaraq, mehmanxanada köməkçi işləyib. Daha sonra bərbər vəzifəsində taleyini sınayıb. Komediyaya marağı oyandığından “Virio” teatrının aktyorluq kurslarına yazılıb. Ekranlarda debütü 1991-ci ildə “Total izləmə” filminə təsadüf edir. İlk əlamətdar rolunu 1995-ci ildə “Əziz Fransa” (Douce France) filmində oynayıb. Populyarlığı ona “Taksi”, həmçinin “Taksi 2”, “Taksi 3”, “Taksi 4” filmlərdə oynadığı ədəbaz və yöndəmsi polis müfəttişi Emilyen rolu gətirib. Aktyor ən yaxşı gənc aktyor nominasiyasında “Sezar” mükafatına namizəd olub. 1999-cu ildən 2002-ci ilə qədər fransız aktrisa Kler Keymlə vətəndaş nikahında olub. 2004-cü ilin may ayında tanınmış yazıçı Jan Anuyanın nəvəsi aktrisa Qvendolin Amonla ailə qurub. 2004-cü ildə ontların Qabriel adlı oğlu dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B8%D1%84%D0%B5%D0%BD%D1%82%D0%B0%D0%BB%D1%8C,_%D0%A4%D1%80%D0%B5%D0%B4%D0%B5%D1%80%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç