Çolpan İlhan
Aktrisa
Çolpan İlhan (8 avqust 1936 – 25 iyul 2014) – türkiyəli teatr və kino aktrisasıdır. 1998-ci ildə “Türkiyə dövlət artisti” adını alıb. Karyerası ərzində 300-dən çox film və teatr tamaşasında rol alıb. İstanbulun qızlar məktəbini bitirib. Daha sonra İstanbul dram və incəsənət t məktəbində oxuyub. Həmçinin İstanbul dövlət incəsənət akademiyasında rəssamlıq ixtisası üzrə ali təhsil alıb. 1957-ci ildə “Kamelyalı Kadın” adlı filmə çəkilməklə kinodebütünü gerçəkləşdirib. Elə həmin il “Küçük Sahne” teatrında “Sevgili Gölge” adlı tamaşada səhnəyə çıxıb. Daha sonra 3 il ərzində Oda teatrında “Tersine Dönen Şemsiye” pyesində çıxış edib. 1960-cı illərin ortalarında yenidən ekranlara qayıdıb. Ümumilikdə 300-dən çox filmin çəkilişində iştirak edib. 25 iyul 2014-cü ildə Çoplan İlhan ürək tutması nəticəsində İstanbulda öz evində vəfat edib. Zincirlikuyu məzarlığında dəfn olunub. Qardaşı türkiyəli şair və yazıçı Atilla İlhandır. 1959-cu ildə Çolpan İlhan aktyor Sadri Alışıka ərə gedib. Onların nikahı Sədrinin 1995-ci ilə qədər (ərinin ölümünə qədər) davam edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%98%D0%BB%D1%8C%D1%85%D0%B0%D0%BD,_%D0%A7%D0%BE%D0%BB%D0%BF%D0%B0%D0%BD