İven Lesli

İven Lesli

Aktyor

BİOQRAFİYA

İven Lesli – avstraliyalı aktyordur. 27 iyul 1980-ci ildə Avstraliyanın qərbində yerləşən Frimantl liman şəhərində anadan olub. 12 yaşında olanda “Yan almış gəmi” serialında ilk rolunu oynayıb. Anası filmin kastinqi haqda elanı anası görüb. Orta məktəbdə oxuduğu vaxt Con Körtin Kollecinə təqaüd qazanıb. Buna baxmayaraq İven Qərbi Avstraliyanın Dram incəsənət akademiyasında oxumağa üstünlük verib. Akademiyanı bitirdikdən sonra yerli və regional teatrda işləməyə başlayıb. 2007-ci ildə “Riflemind” tamaşasında iştirak edib. Tamaşaya Endrü Aptonun eyniadlı pyesinin motivləri əsasında Seymur Hoffman quruluş verib. Sonralar İven Sidney teatrının truppasına qoşulub. 2009-cu ildə “Helpmann” və “Sidney teatr mükafatı”nın laureatı olub (“Qızılgüllərin müharibəsi” tamaşasında V Henri roluna görə. 2017-ci ildə “Gölün zirvəsi” serialında oynadığı rolla Avstraliya kino və televiziya akademiyası mükafatçısı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/iven_lesli/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç