Jill Marşan
Ssenarist, rejissor, aktyor
Jil Marşan – fransız ssenarist və rejissordur. Jil Marşan 18 iyun 1963-cü ildə Marsel şəhərində anadan olub. Təhsilini Parisin İDHEC (hazırda La Femis) Kinematoqrafiya Tədqiqatları İnstitutunda alıb. Orada Dominik Mollem, Toma Bardin Loran Kante ilə tanış olub və onlarla əməkdaşlığı aktiv şəkildə davam etdirib. Kinoda ilk addımlarını Tom Bardinin “Kerolayn və dostları” adlı qısametrajlı filminin bəstəkarı kimi atıb. 1988-ci ildə Loran Kantenin debüt ekran işi olan “Les Sanguinaires” filminin ssenari müəllifi olub. Həmin dövrlərdə bir neçə qısametrajlı filmə rejissorluq edib. 2000-ci ildə Marşan Dominik Mollemlə birlikdə “Qarri – sizin xeyirxah dostunuz” filminin ssenari müəlliflərindən olub. Film 53-cü Beynəlxalq Kann Kinofestivalında “Qızıl palma budağına” namizəd olub. 2001-ci ildə isə ən yaxşı ssenari nominasiyasında Fransanın “Sezar” kinomükafatına namizədlik qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D1%88%D0%B0%D0%BD,_%D0%96%D0%B8%D0%BB%D1%8C