Svann Arlo

Svann Arlo

Aktyor

BİOQRAFİYA

Svann Arlo – fransız aktyordur. Svann Arlo 30 noyabr 1981-ci ildə Fransanın O-De-Sen departamentinin Fontene-o-Rez şəhərində anadan olub. Anası Tatyana Viale, kastinq direktor, fransız aktyoru Maks Vialın qızıdır. Atalığı tanınmış kinooperator Bruno Nyuttendir. Aktyorluq karyerasına müxtəlif reklam çarxlarına çəkilməklə başlayıb. Daha sonra “Uşaqların qiyamı”, “Səhnədəki ayı” və “Solğun canlar” filmlərində kiçik rollar alıb. Paralel olaraq Strasburqda dekorativ incəsənət üzrə təhsil alıb. 2000-ci illərin əvvəllərindən televiziyada ikinci plan və epizodik rollar alıb. “Kriminal polis”, “Qadınlar belə edir”, “Mərkəzi gecə” və “Təcrübəçilər: Polisdə ilk addımlar” kimi serialların aktyor heyətinə qatılıb. 2012-ci ildə Jerar Depardye, Emmanuel Senye və Mark-Andre Qrondenonla birlikdə Viktor Hüqonun romanının adaptasiyası olan “Gülən adam” adlı filminə çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%80%D0%BB%D0%BE,_%D0%A1%D0%B2%D0%B0%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç