Barbara Niven

Barbara Niven

Aktrisa

BİOQRAFİYA

Barbara Niven 26 fevral 1953-cü ildə ABŞ-ın Oreqon ştatının Portlend şəhərində anadan olub. Karyerası ərzində səksəndən çox kino və serialda rolu olub. Daha çox “Kobud və gözəllər” və “Yaşamaq üçün bir həyat” sabun operalarında oynadığı rolları ilə tanınır. 1998-2000-ci illərdə “Pensakolun qızıl qanadları” serialının aktyor heyətində yer alıb, “Təcili yardım”, “Detektiv Raş”, “Tilsimlənmişlə” seriallarında qonaq rollar oynayıb, “Sakit çəpərlər” və “İpək torlar” seriallarında ikinic plan rollarda çıxış edib. Niven HBO-nun “Siçovul sürüsü” və digər onlarla filmin çəkilişində iştirak edib. 2000-ci illərdə "Lifetime" kabel telekanalının “Evimdəki qətl” (2006), “Qara dul” (2008), “17-də ölüm” (2008), “İttiham olunan” (2009), “Anamın sirləri” (2012) və “Onlayn qadın” (2012) kimi filmlərinə çəkilib. 2013-cü ildə Niven “Sidr buxtası” serialında mərkəzi rollardan birini oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B8%D0%B2%D0%B5%D0%BD,_%D0%91%D0%B0%D1%80%D0%B1%D0%B0%D1%80%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç