Linden Eşbi

Linden Eşbi

Aktyor, rejissor

BİOQRAFİYA
Linden Eşbi — ABŞ aktyorudur. Ən məşhur rolu "Ölümcül döyüş" filmindəki Conni Keyc roludur. Linden Eşbi 23 mart 1960–cı ildə Atlantik-Biç şəhərində dünyaya gəlib. Məktəbi bitirdikdən sonra Koloradonun məntəqələrindən biri olan Dyuranqo məntəqəsində yerləşən Fort Lyuis kollecinə daxil olur. Burada Linden Eşbi biznes və psixologiyanı oxuyur. 21 yaşından başlayaraq Linden Eşbi karate, taekvando və kunq-fu kimi döyüş sənətləri ilə məşğul olmağa başlayır. 1987-ci ildən başlayaraq filmlərdə və seriallardə iştirak edir. Linden Eşbi 1986-cı ildən etibarən ABŞ aktrisası Syuzan Uolters ilə ailə həyatı qurmuşdur. Onların Qreys (1991) və Savanna (1992) adlı iki qız övladları var. Linden Eşbi sörfinqlə və buz üstə sürüşmə ilə maraqlanırdı. Həmçinin, şəxsi təyyarəsi ilə səyahət etməyi də xoşlayırdı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Linden_E%C5%9Fbi
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç